Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq “İnter”in Bakıya gələcək futbolçuları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Milan klubunun baş məşqçisi Roberto Mançini Ağdam təmsilçisinə qarşı 19 futbolçu ilə paytaxtımıza gələcək.
Həmin oyunçular bunlardı:
Qapıçılar: Xuan Pablo Karrizo, Tommazo Berni, David Kosta
Müdafiəçilər: Marko Andreolli, Uqo Kampanyaro, Nemanya Vidiç, İbrahima Mbaye, Danilo D'Ambrosio, Ayzek Donkor, Eloqe Koffi Yao Qay, Cakomo Skyaça, Federiko Dimarko
Yarımmüdafiəçilər: Coel Obi, Rene Krhin, Yann M'Vila, Andrea Palassi
Hücumçular: Pablo Osvaldo, Federiko Bonassoli, Enirko Baldini.
Qeyd edək ki, "Qarabağ" - "İnter" matçı dekabrın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Saat 21:00-da başlayacaq qarşılaşmanı çexiyalı referi Miroslav Zelinka idarə edəcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı