“İnter” bizdən üstün deyil”
09.07.2015 - 11:30
“İnter” bizdən üstün deyil”

“Bütün komandamız tamamilə oyuna köklənmişik. Hər hansı strategiyadan danışmaq istəmirəm. Sadəcə olaraq, qol vurmalıyıq. Əks halda isə avrokuboklarla vidalaşacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Albaniyanın “Laçi” klubunun baş məşqçisi Armando Kunqu deyib.

 

42 yaşlı mütəxəssis Avropa Liqasının I təsnifat mərhələsinin “İnter”lə cavab oyunu haqda fikirlərini açıqlayıb: “İlk oyunda yaşanan uğursuzluğu unutmuşuq. Səfər qələbəsi ilə mərhələ adlamaq daha yaxşıdı. Bəlkə də ilk oyunda üstünlük qazansaydıq, cavab matında müəyyən arxayınlıq işimizə mane ola bilərdi. Lakin indi yalnız oyun haqda düşünürük. Ehtiyatlı oynayacağıq, lakin müdafiə futbolu göstərməyəcəyik. Son saniyəyədək mərhələ keçmək üçün mübarizə aparacağıq. İlk oyun da göstərdi ki, rəqib bizdən üstün deyil”.

 

Qeyd edək ki, bu gün keçiriləcək “İnter” – “Laçi” oyunu saat 21:00-da başlayacaq.