“İnter” braziliyalı futbolçu ilə müqavilə bağlayır
27.01.2014 - 23:58
“İnter” braziliyalı futbolçu ilə müqavilə bağlayır

“İnter” (Milan) “Latsio”nun futbolçusu Ernanesi heyətinə qatmağa çox yaxındır. Apasport.az saytının məlumatına görə, bu barədə yerli “La Gazzetta Dello Sport” xəbər yayıb.

 

Belə ki, Milan klubu artıq 28 yaşlı yarımmüdafiəçi ilə bağlayacaq müqavilənin şərtlərini də razılaşdırıb. Sözləşmənin detalları ilə bağlı tam məlumat verilməsə də, onun yeni klubunda illik 3 milyon avro maaş alacağı deyilir.

 

Qeyd edək ki, braziliyalı futbolçu cari mövsüm İtaliya A Seriyasında 17 matça çıxıb və 3 qol vurub.