“İnter” daha bir futbolçu ilə yeni müqavilə bağlayıb. Apasport.az saytının əldə etdiyi məlumata görə, “bankirlər” Yaponiya və Hindistan klublarından təklif almış Slavço Georgiyevskini heyətdə saxlayıb.
Müqaviləsi başa çatacaq Makedoniya yığmasının sabiq yarımmüdafiəçisi ilə daha 1 illik yeni anlaşmaya qol çəkilib. Bununla da “İnter”də müqaviləsinin müddəti bitən futbolçulardan qalacağı dəqiqləşənlərin sayı 5-ə çatıb. Bakı təmsilçisi bundan əvvəl Baçana Sxadadze, Arif Daşdəmirov, Georgi Lomaya və Laşa Salukvadze ilə yeni müqavilələr bağlamışdı.
Qeyd edək ki, “İnter” artıq ilk transferini həyata keçirib. “Bankirlər” “Sumqayıt”ın futbolçusu Mirzağa Hüseynpurla ilkin müqavilə bağlayıb.