“İnter” darmadağınla başladı
17.06.2014 - 08:00
“İnter” darmadağınla başladı

Avstriyada təlim-məşq toplanışını davam etdirən “İnter” ilk yoxlama görüşünü keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Kaxaber Sxadadzenin yetirmələri yerli  “Buhşaxen”lə gücünü yoxlayıb.

 

Bakı təmsilçisi IV liqada mübarizə aparan rəqibinə heç bir şans verməyim və 5:0 hesabı ilə qalib gəlib.

 

“İnter” oyuna Giorgi Lomaya, Məhəmməd Mirzəbəyov, Aleksandr Amisulaşvili, Yohan Bokonyano, Laşa Salukvadze, Matiya Şpiçiç, Abdulla Abatsiyev, Derlis Meza Kolli, Mirzağa Hüseynpur, Elvin Məmmədov və Baçana Sxadadzedən ibarət “11-lik”lə başlayıb. Sxadadze ikinci hissədə isə meydana fərqli heyət buraxıb: Elşən Poladov, Arif Daşdəmirov, Slavço Georgiyevski, İvan Benites, Azər Salahlı, Fuad Bayramov, İlqar Ələkbərov, Coşqun Diniyev, Dieqo Madriqal və Asif Məmmədov. Hissənin gedişində Cəmil Hacıyev, Abbas Hüseynov və Mənsur Nəhavəndi də avstriyalılara qarşı mübarizə aparıblar.

 

Qarşılaşmada “bankirlər”in heyətində Mirzağa Hüseynpur dubl edib. Digər qollara isə Baçana Sxadadze, Arif Daşdəmirov və Dieqo Madriqal imza atıblar.

 

Qeyd edək ki, “İnter” növbəti yoxlama matçına iyunun 19-da çıxacaq. Təmsilçimiz bu oyunda Avstriyanın “Şturm” klubu ilə üz-üzə gələcək.

0