“Mançester Siti”nin yarımmüdafiəçisi Yaya Ture karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, təcrübəli yarımmüdafiəçi “İnter”in maraq dairəsindədi.
“Neradzurra”nın baş məşqçisi Roberto Mançini Fil Dişi Sahili yığmasının üzvünün bu keçidə razı ola biləcəyini deyib: “Bu məsələ hələ qeyri-müəyyəndi. Hər şey maliyyə “feyr-pley”indən asılıdı. Biz yay transferlərinə ciddi məbləğ ayırmaq fikrindəyik. Yaya Ture özü də gücünü A seriyasında sınamaq istəyir. Amma bilirik ki, bu transfer asan başa gəlməyəcək”.
Qeyd edək ki, Yaya Ture “Mançester Siti”yə 2010-cu ildə “Barselona”dan keçib.