“İnter” hollandiyalı futbolçu ilə danışıqlar aparmır
07.01.2015 - 20:36
“İnter” hollandiyalı futbolçu ilə danışıqlar aparmır

Bakı "İnter"i rəsmi saytı vasitəsi ilə bəyanat yayıb. Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi hollandiyalı futbolçusu Vilyam Pleym ilə danışıqlar aparılması ilə bağlı yaylan xəbərləri təkzib edib.

 

Bəyanatda bildirilir ki, yazılanlar real deyil: “Bir sıra elektron informasiya vasitələrində belə iddia olunur ki, "İnter" klubu Hollandiya futbolçusu Vilyam Pleym ilə danışıqlar aparır. "İnter" rəhbərliyi bildirir ki, belə bir futbolçu ilə maraqlanmır və yazılanlar reallığı əks etdirmir”.