“İnter” idman direktorunu istefaya göndərdi
06.02.2014 - 00:58
Milan “İnter”i idman direktoru Marko Brankanı istefaya göndərib. Apasport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, rəhbərlik yaxın vaxtlarda mətbuat konfransı təşkil edərək bu məsələni rəsmən açıqlayacaq.
Məlumatlara görə, buna səbəb Brankonun qış transfer pəncərəsində uğursuz işləməsidir.
Qeyd edək ki, “İnter” hazırda İtaliya A Seriyasında 22 oyundan sonra 33 xalla turnir cədvəlinin 6-cı sırasında qərarlaşır.
0
0