“İnter” iki futbolçusunu əvəzedici heyətə göndərir
05.12.2014 - 17:01
“İnter” iki futbolçusunu əvəzedici heyətə göndərir

Bu mövsüm zədəlilərin çoxluğundan əziyyət çəkən “İnter”də iki oyunçu artıq sağalıb. Apasport.az saytının məlumatına görə, müdafiəçi Matiya Şpiçiç və yarımmüdafiəçi Asif Məmmədov kollektivə qoşulub. Ancaq bu oyunçular həftəsonu AZAL-la çempionat oyununu da buraxacaqlar. Çünki baş məşqçi Kaxaber Sxadadze adıçəkilən futbolçuların əvvəlcə əvəzedici heyətdə oynamasını məqsədəuyğun bilib. Buna görə də, Şpiçiçlə Məmmədov sabah “İnter”in əvəzedici komandasının heyətində AZAL-a qarşı çıxış edəcək.

 

Qeyd edək ki, Premyer Liqanın XV turu çərçivəsində keçiriləcək “İnter” – AZAL oyunu dekabrın 7-də baş tutacaq.