“İnter” monteneqrolu futbolçunu icarəyə götürür
09.07.2015 - 18:59
Milanın “İnter” klubu “Mançester Siti”nin hücumçusu Stevan Yovetiçi heyətinə qatıb. Apasport.az saytının “Tuttosport”a istinadən məlumatına görə, keçid icarə əsasında baş tutub.
“Neradzurra” futbolçu üçün şəhərlilərə 2.2 milyon funt-sterlinq ödəyəcək.
Monteneqrolu futbolçu milanda uğurlu çıxış edəcəyi halda isə transfer öncəliyi “İnter”də olacaq. Daimi əsasda oyunçunun Milana köçməsi üçün “İnter” daha 10.75 milyon funt ödəməlidi.
0
0