“İnter” mövsümə bərabərliklə başladı
01.09.2014 - 07:57
“İnter” mövsümə bərabərliklə başladı

İtaliya çempionatında 2014/15 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “İnter” mövsümə səfərdə başlayıb.

 

Milan təmsilçisi “Torino”nun qonağı olub. Turindəki görüş qolsuz heç-heçə ilə nəticələnib. Meydan sahibləri 20-ci dəqiqədə penalti vurmaq imkanı qazansa da, bu şansdan yararlanmayıb. “İnter” isə qarşılaşmanı azlıqda başa vurub. Belə ki, 90-cı dəqiqədə Nemanya Vidiç qırmızı vərəqə alıb.

 

Qeyd edək ki, “İnter”lə “Qarabağ” arasında ilk oyun oktyabrın 2-də Milanda keçiriləcək.