“İnter” onu alsa, çox yaxşı transferə imza atmış olar”
21.10.2015 - 19:29
“Qalatasaray”ın keçmiş baş məşqçisi Çezare Prandelli keçmiş futbolçusu Semih Kaya haqda açıqlama verib. Apasport.az saytının məlumatına görə, Prandelli İtaliya mətbuatına açıqlamasında “cim-bom”un müdafiəçisinin “İnter”ə transfer olunacağı haqda deyilənlərə münasibət bildirib:
“Onu İtaliyada görməyi çox istəyirəm. Super futbolçudu. Çox ciddi və güclü potensiala sahibdi. İki il ərzində Türkiyənin ən yaxşı müdafiəçisiydi.
İtaliyaya uyğunlaşa bilər. “İnter” onu alsa, çox yaxşı bir transferə imza atmış olar”.
0
0