Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “İnter”in baş məşqçisi Roberto Mançini klub rəhbərliyi ilə bir məsələdə ortaq məxrəcə gələ bilmir. Apasport.az saytının məlumatına görə, transfer siyahısını tərtib edən 50 yaşlı çalışdırıcı keçmiş yetirməsi Səlçuk İnanın da xidmətində maraqlıdı.
Mançini “Qalatasaray”ın və Türkiyə yığmasının yarımmüdafiəçisini ixtiyarında görmək arzusundadı. Ancaq klub rəhbərliyi bu transferə qarşıdı. İtaliya mətbuatına açıqlama verən “İnter”in idman direktoru Pyero Auzilio hələ düşündüklərini bildirib: “Mançini israrla Səlçuk İnanın transfer olunmasını istəyir. Rəhbərlik isə bu məsələdə tərəddüd edir. Səlçuka təklif göndərib-göndərməyəcəyimizə hələ qərar verməmişik. “Qalatasaray”la danışıq aparmırıq”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı