“İnter” sabah sonuncu yoxlama oyununu keçirəcək
22.01.2015 - 18:18
“İnter” sabah sonuncu yoxlama oyununu keçirəcək

Topaz Premyer Liqasının ikinci hissəsinə hazırlığı davam etdirən “İnter” bu gün Türkiyədə son məşqinə çıxıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “bankirlər” toplanış çərçivəsində sabah son yoxlama oyununu keçirəcəklər.

 

 

Rəqib isə Cənubi Koreyanın "Jeju Yunayted" klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. “İnter” vətənə isə yanvarın 24-də qayıdacaq.

 

Qeyd edək ki, əvvəlki yoxlama görüşlərində Türkiyənin “İnegölspor” klubuna 4:1, Qazaxıstan təmsilçisi “Kayrat”a isə 3:1 hesabı ilə qalib gələn Kaxaber Sxadadzenin yetirmələri Almaniyanın “Energi” və Ukraynanın “Metallist” klubu ilə 1:1 hesablı heç-heçə ediblər.