“İnter” sabiq futbolçusuna “göz dikdi”
16.12.2014 - 21:43
“İnter” sabiq futbolçusuna “göz dikdi”

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “İnter” sabiq futbolçusu Mario Balotellini geri qaytarmaq niyyətindədi. Apasport.az saytının məlumatına görə, hazırda Milan təmsilçisində vitse-prezident vəzifəsini tutan Xavyer Zanetti “qış transfer pəncərəsi”ndə 24 yaşlı hücumçunu yenidən komaya dönməsinin mümkün olmadığı vurğulayıb.

 

Argentinalı mütəxsəssis bunu belə izzah edib: “Balotellinin qayıdışı? Hamı bilir ki, Mario çox gözəl futbolçudu. Amma mən belə düşünürəm ki, “İnter” onu çətin əldə edəcək. Axı Balotelli bu yaxınlarda “Liverpul”a keçib. Yenə də dekabrın 21-də transfer məsələlərini müzakirə edəcəyik”.

 

Qeyd edək ki, İtaliya millisinin üzvü 2007-dən 2010-cu ilə qədər “İnter”in formasını geyinib.