“İnter” seçimini etdi
22.05.2014 - 17:54
Ölkəmizi Avroliqada təmsil edəcək “İnter” Avstriya toplanışı zamanı hazırlıq keçəcəyi məkanı müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, “bankirlər” Mərkəzi Avropa ölkəsinin Lutsmannsburq kəndində məskunlaşacaq.
Burqenland federal torpağının Oberpullendorf dairəsinə daxil olan adıçəkilən məkan Avstriyanın şərqində yerləşir. “İnter” Xorvatiya və Macarıstan sərhədində yerləşən ərazidə yeganə otel olan “Zonnenpark”da qalacaq.
Qeyd edək ki, iyunun 13-dən Avstriyada hazırlıqlara başlayacaq “İnter” orada 5 yoxlama görüşü keçirməyi planlaşdırıb.
0
0