Avropa Liqasına ilk iki mərhələdən başlayacaq Azərbaycan klublarının potensial rəqiblərindən 62-si müəyyənləşib. Apasport.az saytının məlumatına görə, artıq I təsnifat mərhələsinin 48, II təsnifat mərhələsinin 14 iştirakçısı dəqiqləşib.
İlk raundda mübarizə aparacaq 78 komandadan ikisi Azərbaycanı təmsil edəcək. Burada çıxışı dəqiqləşənlərdən 19-u səpələnmiş, 24-ü səpələnməmişdir. Daha 5 klub isə püşk zamanı hansı səbətdə yer alacağını bilmir. Bu mərhələdən yarışa qatılacaq Bakı “İnter”inin yer aldığı səbət də dəqiqləşib. Kaxaber Sxadadzenin yetirmələri UEFA reytinqində 4,325 xala malik olduğundan səpələnmişlər sırasındadır. Bakılılar hələlik adı bəlli olan 24 zəifdən biri ilə görüşə bilər. Təmsilçimizin digər 15 potensial rəqibi isə yaxın günlərdə dəqiqləşməlidir.
Azərbaycan kubokunun qalibi də daxil olmaqla, 41 komanda yarışa II təsnifat mərhələsindən qoşulacaq. Bu siyahıya düşən 14 klub da artıq səbətlərə bölünüb. Onlardan 6-sı səpələnmiş, 4-ü səpələnməmiş, 4-ü isə qeyri-müəyyəndir.
Qeyd edək ki, Azərbaycan kubokunun “Qəbələ” və “Neftçi” arasında oyununun qalibi II, məğlubu I tənifat mərhələsində mübarizəyə başlayacaq.
I təsnifat mərhələsi
Səpələnmişlər
“Rusenborq” (Norveç), “Tromse” (Norveç), “Ekranas” (Litva), “Hafnarfyordur” (İslandiya), “Höteborq” (İsveç), “Şaxtyor” (Qazaxıstan), “Differdanj” (Lüksemburq), “Linfild” (Şimali İrlandiya), “İNTER” (AZƏRBAYCAN), “Pünik” (Ermənistan), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Honka” (Finlandiya), “Sliqo Rovers” (İrlandiya), “Birkirkara” (Malta), “Vaduts” (Lixtünşteyn), “Brommapoykarna” (İsveç), “Zimbru” (Moldova), “MüPA” (Finalndiya), “Hoqesund” (Norveç)
Səpələnməmişlər
“Veris” (Moldova), “Hibernian”, “Slima” (hər ikisi Malta), “Fram” (İslanidya), “Astana” (Qazaxıstan), “Vikinqur”, “Torshavn”, “Fulafyordur” (hamısı Farer adaları), “Derri”, “Dandalk” (hər ikisi İrlandiya), “Vaasa” (Finlandiya), “Airbus”, “Aberisvit” (hər ikisi Uels), “Kayrat” (Qazaxıstan), “Styarnan” (İslanidya), “Banqa”, “Atlantas” (hər ikisi Litva), “Dauqava” (Riqa, Latviya), “Kalev”, “Santos” (Estoniya), “Libertas” (San-Marino), “Kollec” (Cəbəllütariq), “Qlenavon” (Şimali İrlandiya), “Santa Koloma” (Andorra)
Qeyri-müəyyənlər
“Nomme Kalyu” (Estoniya), “Dauqava” (Dauqavpils, Latviya), “Kukesi” (Albaniya), “Tiraspol” (Moldova), “Kruzaders” (Şimali İrlandiya)
II təsnifat mərhələsi
Səpələnmişlər
“Molde” (Norveç), “Hayduk”, “Riyeka” (həe ikisi Xorvatiya), AİK (İsveç), “Mlada Boleslav” (Çexiya), “Əskişəhərspor” (Türkiyə)
Səpələnməmişlər
“Neman” (Belarus), “Koşitse” (Slovakiya), “Zavişa” (Polşa), “Rovaniemi” (Finlandiya)
Qeyri-müəyyənlər
“Dinamo”, “Şaxtyor” (hər ikisi Belarus) “Hapoel" (Beyer-Şeva, İsrail), “Voyvodina” (Serbiya)