“İnter” yığmanın futbolçusu ilə yollarını ayırır
08.07.2014 - 12:04
“İnter” yığmanın futbolçusu ilə yollarını ayırır

“İnter” Avroliqanın cavab oyunu öncəsi bir futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, bu, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın dayaq yarımmüdafiəçisi İlqar Ələkbərovdu.

 

Adı Avroliqanın I təsnifat mərhələsi üçün UEFA-ya təqdim olunan iştirak ərizəsində göstərilsə də, 20 yaşlı futbolçu karyerasını “İnter”də davam etdirmək istəməyib. Buna səbəb ona çox az hallarda şans verilməsidi. Ələkbərovla müqavilə qarşılıqlı razılıq əsasında pozulacaq.

 

Qeyd edək ki, İlqar Ələkbərovun “Sumqayıt”a keçəcəyi gözlənilir. O, komandadan ayrılmış Aleksandr Çertoqanovun əvəzinə transfer edilə bilər.