“İnter” Zanettinin nömrəsini əbədiləşdirir
13.05.2014 - 05:29
“İnter” Zanettinin nömrəsini əbədiləşdirir

 

“İnter” futbol klubunun rəhbərliyi Havyer Zanettinin çıxış etdiyi nömrəni əbədiləşdirmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, bundan sonra heç bir futbolçu “İnter”də 4 nömrəli futbolkanı geyməyəcək.

 

“İnter”in 40 yaşlı kapitanı mayın 10-da Milan klubunun doğma meydanında sonuncu oyununu keçirib. Zanetti bundan sonra klubun rəhbər vəzifələrindən birini tutacaq.

 

Havyer Zanetti 1995-ci ildən “İnter”dədir. O, Milan klubu ilə bir yerdə 5 dəfə İtaliya çempionu olub, 4 dəfə İtaliya Kubokunu, 4 dəfə İtaliya Superkubokunu, UEFA Kubokunu, Çempionlar Liqasını və klublararası dünya çempionluğunu qazanıb.

 

Qeyd edək ki, indiyə qədər “İnter2də ancaq bir nömrə – əfsanəvi Caçinto Fakkettinin 3 nömrəli futbolkası əbədiləşdirilib.