“İnter” zədəli futbolçu ilə anlaşdı
21.05.2014 - 16:34
“İnter” zədəli futbolçu ilə anlaşdı

“İnter” paraqvaylı hücumçu Sezar Meza Kolli ilə müqaviləsini yeniləyəcək. Apasport.az saytının xəbərinə görə, uzun müddətdir zədəli olan və Almaniyada əməliyyat olunan forvard daha bir il “bankirlər”in uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, bundan öncə “İnter”  Baçana Sxadadze, Giorgi Lomaya, Laşa Salukvadze, Arif Daşdəmirov, Səlahət Ağayev, Derlis Meza Kolli, Slavço Georgiyevski və Elşən Poladovla müqavilənin müddətini artırmışdı.