“İnter”də 3 itki
13.02.2014 - 12:50
“İnter”də 3 itki

“İnter” Topaz Premyer Liqasının XXI turunda qarşılaşacağı “Simurq”la oyuna itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, “bankirlər” sabah baş tutacaq qarşılaşmada Vaqif Cavadovla Brüs Abdulayenin xidmətindən yararlana bilməyəcək.

 

Həmin futbolçular cəzalı duruma düşüblər. Bundan başqa, komandanın digər müdafiəçisi Ruslan Əmircanovun da Zaqatalada meydana çıxması sual altındadır. Belə ki, Əmircanov sonuncu görüşdən sonra zədəli olduğundan, məşqlərdə iştirak edə bilməyib.

 

Qeyd edək ki, “İnter” Zaqatalaya qatarla yola düşüb. Cari mövsüm ilk dəfə bu şəhərdə baş tutacaq “Simurq” – “İnter” matçı saat 15:00-da başlayacaq.