“İnter”dən darmadağın
06.09.2014 - 09:37
Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən "İnter" yoxlama matçı keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, əvəzedici heyəti ilə qarşılaşan Kaxaber Sxadadzenin yetirmələri inamlı qələbə qazanıblar.
Onlar ikinci komandalarının qapısından 7 cavabsız top keçiriblər.
Qeyd ki, “İnter” bu gün ikinci yoxlama matçına çıxacaq. "Sumqayıt"la qarşılaşma "Bakı"nın təlim-məşq bazasında baş tutacaq. Oyun saat 18.00-da başlayacaq.
0
0