“İnter”dən yeni rekord
10.07.2015 - 17:34
Bakının “İnter” klubu yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi ardıcıl 4 mövsüm avrokuboklarda mərhələ keçən ilk Azərbaycan klubu kimi tarixə düşüb.
“Bankirlər” 2012/13, 2013/14 və 2014/15 mövsümlərində də Avropa Liqasında 1 mərhələ adlamışdı.
Bunadək rekordun iki şərik var idi. “İnter” kimi “Qarabağ” da ardıcıl 3 dəfə - 2009/10, 2010/11 və 2011/12 mövsümlərində mərhələ adlamışdı. 2012/13 mövsümündə iştirak etməməsi isə onların seriyasını qırmışdı.
0
0