“İnter”in 6-cı mükafatı
13.05.2014 - 10:14
“İnter”in 6-cı mükafatı

Bakının “İnter” klubu Azərbaycan çempionatlarında 6-cı mükafatını qazanıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının gümüş medallarını təmin edən Kaxaber Sxadadzenin yetirmələri bunadək 5 dəfə ilk “üçlük”də yer almışdı.

 

Bu 6 uğurdan 4-ü məhz gürcüstanlı ilə əldə olunub. 2009/10  mövsümündə çempionluq yaşayan “İnter” növbəti yarışı boşa verdikdən sonra ardıcıl 3-cü dəfə mükafat qazanır. 2011/12 və 2012/13 mövsümlərindəki bürünc bu dəfə gümüşlə əvəz olunub.

 

Sxadadzeyədək isə bakılıların 2 mükafatı var idi. 2007/08 mövsümünün çempionu 1 il sonra gümüşlə kifayətlənmişdi. Həmin mükafatlar isə gürcüstanlının sələfi Valentin Xodukinin çalışdırıcılığı vaxtında əldə olunmuşdu.