“İnter”in dörd futbolçusu cəzalandırıldı
16.02.2016 - 21:38
İtaliya A seriyasının XXV turu çəçivəsində baş tutan “Fiorentina” – “İnter” (2:1) oyunundan sonra qonaqların 4 futbolçusu yerli federasiya tərəfindən cəzalandırılıb.
Belə ki, yarımmüdafiəçi Jozef Kondoqbia matçın sonunda hakimi ironiya ilə alqışladığı üçün növbəti iki oyunu buraxmalı olacaq.
Bundan əlavə milanlıların daha üç oyunçusu Markos Alonso, Harri Medel və Aleks Telles də hərəyə bir oyunluq cəzalandırılıblar.
Telles oyunda aldığı qırmızı vərəqəyə, digər oyunçular isə çempionat ərzindəki növbəti sarı vərəqələrini gördükləri üçün bir oyun “dincəlməli” olacaqlar.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0