“İnter”in futbolçusu “Qarabağ”la oyun öncəsi iddialı danışdı
08.12.2014 - 18:52
“İnter”in futbolçusu “Qarabağ”la oyun öncəsi iddialı danışdı

Avropa Liqasının qrup mərhələsi çərçivəsində dekabrın 11-də “Qarabağ”ın rəqibi olacaq İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Yann M`Vila matç öncəsi iddialı danışıb. Apasport.az saytının məlumatına görə, fransız yarımmüdafiəçi AL-də çempion olacaqlarına inandığını bildirib: “İtaliya çempionatının oyunları bizim üçün böyük önəm kəsb edir. Amma bu o demək deyil ki, Avropa Liqasında iddialı deyilik. Bu turnirdə də birinci olmaq arzusundayıq. Qrup mərhələsinin son oyununda da qələbə qazanacağımıza əminəm. Roberto Mançini bütün görüşləri qalib başa vurmağımızı istəyir”.

 

Qeyd edək ki, “Rubin”in futbolçusu olan M`Vila “İnter”də icarə əsasında çıxış edir.