[b]“İnter”in futbolçusu: Onlar Bakıya gəzməyə gəlməyiblər[/b]
10.12.2014 - 20:44
[b]“İnter”in futbolçusu: Onlar Bakıya gəzməyə gəlməyiblər[/b]

"Əsas futbolçular çox oyun keçirdikləri üçün gəlməyiblər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində “Qarabağ”ın rəqibi olan “İnter”in futbolçusu Danilo D'Ambrossio deyib.

 

Təcrübəli müdafiəçi oyunöncəsi keçirilən mətbuat konfransında fikirlərini bildirib: “Onlara da istirahət lazımdı. Amma bura gələnlər də gəzməyə gəlməyiblər. Meydana çıxıb mübarizə aparacağıq. Bakıda çalışacaqlar qələbə qazansınlar və baş məşqçiyə özlərini göstərsinlər. Avropa Liqasında çox qol vurmağım yox, komandanın qalib gəlməsi önəmlidi”.