“İnter”in futbolçusu rus klubunun hədəfində
10.01.2016 - 22:40
“İnter”in futbolçusu rus klubunun hədəfində

“İnter”in yarımmüdafiəçisi Freddi Quarin “Zenit”in diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, bu barədə İtaliya mətbuatı xəbər yayıb.

 

Mənbə iddia edir ki, sankt-peterburqlular icarə variantı üzərində düşünsələr də, milanlılar oyunçunu satmaqda qərarlıdılar.

 

Artıq ilkin qiymət də təyin olunub - 15 milyon avro.

 

Tərəflər arasında danışıqlara artıq start verilib.