“İnter”in hücumçusu Pablo Osvaldo yanvarda komandanı tərk edə bilər. Apasport.az saytı xəbər verir ki, baş məşqçi Roberto Mançini 28 yaşlı futbolçunun İtaliya A seriyasının son turu çərçivəsində “Yuventus”la matçdakı hərəkətinə görə narazı qalıb.
1:1 hesabı ilə başa çatan qarşılaşmada Osvaldo komanda yoldaşı Mauro İkardi ilə insident yaşadığı üçün ötən gün Milan klubunun heyətində ayrı məşq edib. Onun yanvarın 11-də keçiriləcək “Cenoa” ilə görüşü buraxacağı bildirilir.
Qeyd edək ki, İtaliya millisinin üzvü olan Pablonun transfer hüquqları “Sautqempton”a məxsusdu. O, 2014-cü ildən “İnter”də forma geyinir.