“İnter”in hücumçusu rəsmən “Boka Xuniors”da!
13.02.2015 - 00:03
“İnter”in hücumçusu rəsmən “Boka Xuniors”da!

“İnter”in hücumçusu Pablo Osvaldo karyerasını Argentinada davam edəcək. Apasport.az saytının məlumatına görə, 29 yaşlı futboçu rəsmən “Boka Xuniors”a keçib.

 

İtaliya klubu xəbər yayıb ki, Osvaldo Cənubi Amerika təmsilçisinin heyətində icarə əsasında çıxış edəcək.

 

Qeyd edək ki, Argentina mənşəli italyan forvard “İnter”ə ötən ilin avqustunda “Sautqempton”dan keçib. O, cari mövsümdə milanlıların heyətində 12 matçda meydana çıxıb və 5 qola imza atıb.