Kaxaber Sxadadzenin yeni klubu bəlli oldu - FOTO
07.04.2016 - 20:02
Kaxaber Sxadadzenin yeni klubu bəlli oldu - FOTO

Bakı “İnter”inin keçmiş baş məşqçisi Kaxaber Sxadadzenin yeni klubu bəlli olub. Apasport.az saytının məlumatına görə, gürcü çalışdırıcı bundan sonra Qazaxıstanda işləyəcək.

 

Son iş yeri olan Gürcüstan millisindən ayrıldıqdan sonra bir müddət işsiz qalan Kaxa “Kayrat”la razılığa gəlib. Bu barədə qazax klubunun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, onunla mövsümün sonuna kimi anlaşma imzalanıb. Əgər tərəflərdən bir-birilərindən razı qalsalar, daha sonra əməkdaşlığı uzatmaq mümkün olacaq.

 

Qeyd edək ki, məşhur rusiyalı futbolçu Andrey Arşavin də bu ilin mart ayında Almata klubu ilə anlaşmışdı.

0