“İnter”in keçmiş futbolçusu da Çinə yollanır
18.02.2016 - 21:00
“İnter”in keçmiş futbolçusu da Çinə yollanır

Bir zamanlar Milan “İnter”ində, “Nyukasl”da, “Rubin”də çıxışları ilə məşhur olan Obafemi Martins də karyerasını Çində davam etdirə bilər. Apasport.az saytının BBC-yə istinadən məlumatına görə, nigeriyalı hücumçu ilə “Şanxay Şenua” maraqlanır.

 

İngilis həmkarlarımız iddia edir ki, hazırda karyerasını ABŞ-da, MLS liqasında çıxış edən “Sietl Sounders”də davam etdirən Martins əgər uzaq şərqə yollanmağa qərar versə, bu klubda çıxış edən Demba Badan sonra ən çox qazanan futbolçu olacaq. Ancaq ona təklif edilən məbləğ açıqlanmayıb.

 

Qeyd edək ki, 2016-cı ildə Çekson Martinez, Ramires, Mbia, Lavezzi, Jervinyo və Quarin kimi ulduz oyunçular Çinə üz tutublar.