“İnter”in məşqçisi: Qarşılaşma azarkeşləri gərginlikdə saxladı
13.12.2014 - 19:39
“İnter”in məşqçisi: Qarşılaşma azarkeşləri gərginlikdə saxladı

“Oyun maraqlı keçdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in məşqçisi Roman Cəfərov deyib.

 

O, Topaz Premyer Liqasının XVI turunda səfərdə “Simurq”la 1:1 hesablı heç-heçə qalmalarına şərh verib: “Qarşılaşma azarkeşləri gərginlikdə saxladı. Mübarizə var idi. Topu daha çox özümüzdə saxlasaq da, birinci hissədə qol vura bilmədik. Amma ikinci hissədə biz bunu bacardıq. Son dəqiqədə vurulan qola görə futbolçularımızı təbrik edirəm. Kaxaber Sxadadze texniki zonada olmasa da, matçdan öncə futbolçulara öz tapşırıqlarını verir”. (pfl)