“İnter”in müdafiəçisi Superliqa yolunda
29.01.2014 - 00:05
İtaliya “İnter”inin futbolçusu Andrea Ranokkya karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. Apasport.az saytı “Ntv Spor”a istinadən xəbər verir ki, “Qalatasaray” 25 yaşlı dayaq müdafiəçisini heyətinə qatmaq istəyir.
“Sarı-qırmızılar” bu keçidi qısa vaxtda reallaşdırmaq üçün artıq Milan klubu ilə danışıqlara başlayıb. Tərəflər arasındakı ilk danışıqların müsbət nəticələndiyi deyilir. Məlumatlara görə, “Cim-Bom” bu futbolçunu mövsüm sonuna qədər icarəyə götürmək istəyir.
Qeyd edək ki, İtaliya millisinin də üzvü olan Ranokkya 2011-ci ildə “Cenoa”dan “İnter”ə keçib.
0
0