“İnter”in paraqvaylı legioneri Almaniyaya gedir
01.04.2014 - 15:05
Xaçvarı bağlarının sındığı ehtimal edilən “İnter”in hücumameyilli futbolçusu Sesar Mesa Almaniyaya gedəcək. Apasport.az saytının əldə etdiyi məlumata görə, paraqvaylı futbolçu böyük ehtimalla əməliyyat olunacaq.
Qeyd edək ki, 22 yaşlı futbolçu “Neftçi” ilə ölkə kubokunun 1/4 finalının cavab görüşündə zədələnib. O, meydana daxil olduqdan 3 dəqiqə sonra zədə alaraq, görüşü xərəkdə tərk etməli olmuşdu.
0
0