Topaz Premyer Liqasının II turunun “Qarabağ”la oyununda “İnter”in futbolçularının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, “İnStat Football” şirkəti qolsuz başa çatan matçda oyunçuların qət etdiyi məsafələri müəyyənləşdirib.
Paytaxt təmsilçisinin üzvləri bu matçda ümumilikdə 109,9 km məsafə qaçıb. Paraqvaylı Derlis Meza Kolli komanda yoldaşlarından daha fəal olub – 11531 m. Mikel Alvaro (11053), Məhəmməd Mirzəbəyov (10757) və Abdulla Abatsiyev (10510) də 10 km-dən çox məsafə qət edib. Siyahıda 5-ci yerdə də legionerdir. Yohan Bokonyano 9646 m qaçıb.