“İnter”in qapıçısı qələbənin vacibliyindən danışdı
03.10.2014 - 10:49
“İnter”in qapıçısı qələbənin vacibliyindən danışdı

“Qarabağ”la görüşdə qələbə qazanmaq bizim üçün vacib idi. Ancaq Avroliqa oyunundakı qələbə ilə “Kalyari”yə 1:4 hesablı məğlubiyyəti unutdura bilərdik və biz bunu bacardıq”. Apasport.az xəbər verir ki, bu sözləri İtaliyanın “İnter” klubunun qapıçısı Xuan Pablo Karriso deyib.

 

Avroliqanın qrup mərhələsinin II turunda “Qarabağ” üzərində 2:0 hesablı qələbə qazanan Milan təmsilçisinin çərçivə qoruyucusu oyun haqqında fikirlərini bildirib: “Biz bu oyunda əlimizdən gələn hər şeyi etdik və çox xoşbəxtik. Düzdü, gözəl futbol göstərə bilmədik. Amma hazırda vacib olan 3 xal idi. Onu qazanmaq üçün oynadıq və bacardıq. Azarkeşlərin bizi tənqid etmək haqları var. Çünki bilet alıb, əziyyət çəkib oyuna baxmağa gəlirlər. Məncə, bu gün onları sevindirdik. İndi düşərgədə ab-hava əladır. Artıq rəhbərlik bizdən tələb etdiyini yerinə yetirib qələbə qazandıq. İndi onlar bizim arxamızda daha möhkəm durub dəstək verməlidirlər. İstəyirik ki, məhz birlikdə “Fiorentina”nı da məğlub edək”.

0