Azərbaycan klublarının avrokubokların 2015/16 mövsümündəki bombardirləri siyahısında dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, “İnter”in gürcüstanlı legioneri Nika Kvekveskiri 2-ci dəfə fərqlənərək, liderliyə şərik olub.
Avropa Liqasının II təsnifat mərhələsinin “Hafnarfyordur”la ilk matçında qol sevinci yaşayan Nika yenə rəqib meydanında buna nail olub. O, I təsnifat mərhələsində də səfərdəki ilk qarşılaşmada qol sevinci yaşamışdı. Kvekveskiri Albaniyada “Laçi”nin qapısına yol tapmışdı.
2-ci qolunu vuran “İnter”li “Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayevə çatıb. Hər iki oyunçunun hesabında 2 qol var.
Qeyd edək ki, Azərbaycan klubları cari mövsümdə 9 qol vurub. “Neftçi”, “İnter” və “Qəbələ” hərəyə 3 dəfə fərqlənibsə, “Qarabağ” qol hesabını açmayıb.
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi