“İnter”in üzvünə ABŞ-dan təklif
26.09.2015 - 10:05
İtaliya “İnter”inin müdafiəçisi Nemanya Vidiç karyerasını ABŞ-da davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı futbolçuya MLS-dən təklif var.
Belə ki, “Di Si Yunayted” klubu Vidiçlə danışıqlara başlayıb. Serbiyalı müdafiəçinin “İnter”lə müqaviləsi gələn yay başa çatacaq. Odu ki, onun ABŞ-a köçmək ehtimalı yüksək dəyərləndirilir.
Qeyd edək ki, Vidiç “İnter”ə keçən il “Mançester Yunayted”dən transfer olunub. O, “neradzurra”nın heyətində bu vaxta qədər 28 oyunda 1 qola imza atıb.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0