“İnter”in futbolçularının Topaz Premyer Liqasının XIX turunun AZAL-la görüşündəki fiziki fəallığı məlum olub. Apasport.az saytının xəbərinə görə, “İnStat Football” şirkəti oyunçular matç ərzində qət etdiyi məsafəni də hesablayıb.
“Bankirlər”in meydanda olan üzvləri ümumilikdə 119,19 kilometr məsafə qət ediblər. Həmin matçın ən çox çalışanı isə Matiya Şpiçiç olub. Xorvatiyalı müdafiəçi 12738 metr məsafə qət edib. Şpiçiçi ən yaxın izləyiciləri isə Abdulla Abatsiyevlə Vaqif Cavadov olub.
|
№ |
Adı |
Məsafə |
|
1 |
Matiya Şpiçiç |
12738 m. |
|
2 |
Abdulla Abatsiyev |
12254 m. |
|
3 |
Vaqif Cavadov |
11961 m. |
|
4 |
Ruslan Əmircanov |
11914 m. |
|
5 |
Derlis Meza Kolli |
11639 m. |