“İnter” yarımmüdafiəçisini itirdi
07.02.2014 - 02:18
“İnter” yarımmüdafiəçisini itirdi

Milan “İnter”inin futbolçusu Rikardo Alvares növbəti oyunlarda komandasına kömək edə bilməyəcək. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, dizindən zədəli olan 25 yaşlı yarımmüdafiəçi 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Hazırda komanda həkimləri İtaliya A Seriyasının XXII turundakı “Yuventus” matçında xəsarət alan futbolçunu tez zamanda sağaltmaq üçün çalışır.

 

Qeyd edək ki, Argentina millisinin də üzvü olan Alvares 2011-ci ildən “İnter”də çıxış edir. O, cari mövsüm 20 matçda çıxıb və 4 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.