“İnter”in yeni transferi: Maliyyə şərtləri əladır
21.01.2014 - 14:52
“İnter”in yeni transferi: Maliyyə şərtləri əladır

“Xoşbəxtəm. Ona görə ki, Avropada oynamağa dair yuxumu gerçəkləşdirdim. Azərbaycanı ona görə seçdim ki, burda oynamaqla, Rusiya və Türkiyə kimi daha yaxşı çempionatlara gedə bilərəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in yeni transferi Dieqo Madriqal deyib.

 

“İnter”lə 2 illik müqavilə bağlayan kosta-rikalı oyun qurucusu ölkəmizə keçəcəyi üçün xoşbəxt olduğunu bildirib.

 

Onun sözlərinə görə, Azərbaycandan tramplin kimi yararlanmaqla, həm daha güclü çempionatlarda oynaya, həm də yenidən milliyə qayıda bilər: “Keçidimdə maliyyə şərtlərinin əla olduğunu gizlətmirəm. Ancaq mən yaxşı çempionatı olduğu üçün Azərbaycana gedirəm. Çünki orda bütün komandalar yaxşı oynadığı zaman futbolçuları diqqət mərkəzində olur. Amma belə imkanlar Kosta-Rikada çox deyil... Mən “Saprissa” azarkeşlərinə minnətdaram. Ümid edirəm ki, gələcəkdə yenidən bu komandanın şərəfini qoruyacağam. Ancaq milli komandanın formasını geyinmək arzumu da kənarlaşdırmaq istəmirəm”.

 

Qeyd edək ki, 24 yaşlı Dieqo Madriqal “İnter”ə Daniel Genovun əvəzinə gətirilib. Madriqal yığmasında keçirdiyi 11 oyunda 1 qol vurub ki, həmin qol da 2010-cu ilin yanvarın 26-da Argentina ilə yoldaşlıq matçında qeydə alınıb.