“İquain son 10 ilin ən yaxşısıdı”
26.09.2015 - 10:50
“İquain son 10 ilin ən yaxşısıdı”

İtaliya yığmasının keçmiş futbolçusu Massimo Ambrozini “Napoli”nin hücumçusu Qonsalo İquain haqda müsbət fikirlər səsləndirib. Apasport.az saytı xarici mətbuata isjtinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi argentinalı forvardın güclü futbolçu olduğunu qeyd edib.

 

O bildirib ki, Neapol klubunun hücum xətti çox güclüdü: “Napoli”nin heyətində İquain kimi futbolçu var. Mən onu son 10 il ərzində A seriyasının ən güclü hücumçusu hesab edirəm. Ümumiyyətlə, “Napoli”nin hücum xəttinə söz ola bilməz. Onların bu mövsüm hansı nəticəyə imza atacaqları mənim üçün maraqlıdı”.