“Azərbaycan millisinin Xorvatiya ilə eyni qrupda mübarizə aparacağını bilmirdim. Bunu birinci dəfə sizdən eşitdim”. Bu sözləri apasport.az saytına “Simurq”un mərkəz yarımmüdafiəçisi Stepan Polyak deyib.
Fransada 2016-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin püşkü atıldı. Püşkə əsasən, Azərbaycan yığması İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan və Malta ilə eyni qrupda mübarizə aparacaq. Premyer Liqamızda bir neçə xorvatiyalı futbolçu oynayır ki, bunlardan biri də Polyakdır.
O, qrupla bağlı bunları deyib: “Azərbaycanla heç vaxt qarşılaşmamışıq. İlk dəfə sizin komanda ilə üz-üzə gələcəyik. Xorvatiya yığmasının hazırda yaxşı heyəti var. Onlar bunu dünya çempionatına çıxmaqla təsdiqləyiblər. Ancaq ola bilər ki, mundialdan sonra heyətdə dəyişikliklər olsun, bəzi oyunçular daha milliyə çağırılmasın. Ona görə də indidən seçmə mərhələdə Xorvatiyanın necə çıxış edəcəyini deyə bilmərəm. Azərbaycan Bakıda bizim millidən 3 xal götürə bilərmi? Hər şey mümkündür. Bu, futboldur. Hazırkı durumda isə Xorvatiya daha güclü təsir bağışlayır”.
30 yaşlı futbolçu qrupun zəif və ya güclü olmasına da aydınlıq gətirdi: “Qrupda ən güclü İtaliyadır. Ancaq İtaliyanın da Azərbaycan və digər rəqiblərlə matçlarda xal itirməsi mümkündür”.
Səbuhi TOFİQOĞLU
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb