“İzmaylovla bağlı roman burada başa çatır”
01.02.2014 - 14:42
“İzmaylovla bağlı roman burada başa çatır”

 

“Portu” klubunun baş məşqçisi Paolo Fonseka Marat İzmaylovun “Qəbələ”yə keçidinə münasibət bildirib. Apasport.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis “əjdahlar”la lazım olmayan rusiyalı yarımmüdafiəçi özünə yeni klub tapdığı üçün sevindiyini söyləyib.

“Nəhayət, Marat İzmaylov haqda açıqlama verə biləcəyəm. O, icarə əsasında başqa klubda çıxış edəcək, hansı ki, adını artıq bilirsiniz. İzmaylovla bağlı roman burada başa çatır. Ümid edirəm ki, o, Azərbaycanda xoşbəxt olacaq”, - Fonseka deyib.

Qeyd edək ki, müqavilə ilə “Portu”ya məxsus olan İzmaylov icarə əsasında mövsümün sonunadək “Qəbələ”nin şərəfini qoruyacaq.