“Kalmar” rəsmisi: Platyeni yeni mühitə alışmağa məcbur edəcəyik
24.03.2014 - 13:29
“Kalmar” rəsmisi: Platyeni yeni mühitə alışmağa məcbur edəcəyik

“Bu bizim 5-ci yeni oyunçumuz olacaq. İndi biz komandanın hər bir mövqeyinə futbolçu cəlb etdik”. Apasport.az saytının məlumatına görə, bunu İsveçin “Kalmar” klubunun idman direktoru Tomas Andersson Borstam deyib.

“Neftçi”yə məxsus olan hollandiyalı hücumçu Melvin Platye icarə əsasında çıxış edəcəyi “Kalmar”ın düşərgəsinə bu gün qoşulacaq. Tibbi müayinədən keçdikdən sonra Hollandiyanın NEK klubunun sabiq forvardının bu gün İsveçin elita təmsilçisi ilə rəsmi müqavilə bağlaması gözlənilir.


“Kalmar”ın idman direktoru isə Platyenin İsveçə tez uyğunlaşacağını bildirib. Onun sözlərinə görə, həyat yoldaşının isveçli olması bu məsələdə onun xeyrinə işləyəcək: “Biz səbirsizliklə Melvinlə əməkdaşlığı gözləyirik. Onu Kalmardakı yeni mühitə alışmağa məcbur edəcəyik. Melvinin həyat yoldaşı isveçlidir. Ona görə də ona bu asan gələcək. Çünki onun İsveç haqqında çox bilgisi var”.

Qeyd edək ki, “Neftçi” ilə müqaviləsi növbəti mövsüm bitəcək Melvin Platye “Kalmar”da avqustun sonunadək çıxış edəcək.
0