[b]“Kalyari”nin sabiq futbolçusu “Qəbələ”də[/b]
23.01.2015 - 14:46
[b]“Kalyari”nin sabiq futbolçusu “Qəbələ”də[/b]

Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan “Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Roman Qriqorçuk Azərbaycana gələnədək çalışdırdığı Ukrayna “Çernomorets”inin daha bir üzvünü komandaya dəvət edib.

 

Belə ki, Aleksey Qay, Ruslan Fomin və Dmitri Bezorosnının ardından belaruslu Mixail Sivakov da “aqırmızı-qaralar”a qoşulub. Yarımmüdafiəçi bu gün keçirilən toxlama oyununda da meydana çıxıb. Rusiya “Kuban”ı ilə qarşılaşmadan sonra onunla da müqavilə imzalanacağı gözlənilir.

 

Qeyd edək ki, Belarus millisində 3 oyun keçirən 27 yaşlı orta sahə oyunçusu Odessa təmsilçinədək vətənində BATE və “Qomel”, İtaliyada “Kalyari” ilə “Pyaçentsa”, Polşada “Visla”, Belçikada “Zulte-Varegem”in şərəfini qoruyub.