“Kayserispor”dan “Kayserispor”adək
12.02.2015 - 13:37
“Kayserispor”dan “Kayserispor”adək

Türkiyə kubokunun 1/8 final mərhələsi Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin “Kayserispor”da debütü ilə yadda qaldı. Apasport.az saytının məlumatına görə, “Beşiktaş”la ev oyununda 90 dəqiqə meydanda olan qapıçı qazanılan 1:0 hesablı qələbədə pay sahibi oldu.

 

Kamran qonşu ölkənin kubok yarışlarında meydana çıxan 20-ci təmsilçimizdi. Belə ki, onadək milliləşənlər də nəzərə alınmaqla, 19 oyunçumuz bu turnirdə çıxış etmişdi.

 

Onlar arasında mütləq rekordçu da milliləşən Cihan Özkaradı. O, həm oyun (12), həm qol sayında (2) hamıdan öndədi. Kamran bu “20-lik”də Davud Kərimi və Andrey Popoviçdən sonra 3-cü qapıçıdı. O, Türkiyə kubokunda debütü cari mövsümə təsadüf edən 9-cu oyunçumuzdu.

 

Qeyd edək ki, bu yarışdakı ilk təmsilçimiz də “Kayserispor”da debüt edib. 2005/06 mövsümündə bu klubda çıxış edən Rəşad Sadıqov 2-ci mərhələnin “Kırıkkale”ilə matçında (1:0) 90 dəqiqə meydanda olub.