[b]“Kəpəz" mübarizəni dayandırdı [/b]
20.07.2016 - 21:50
[b]“Kəpəz" mübarizəni dayandırdı [/b]

“Kəpəz” Avropa Liqasının II təsnifat mərhələsində bu gün “Admira” ilə cavab oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, ilk görüşdə 0:1 hesabı ilə uduzan Gəncə təmsilçisi növbəti mərhələyə adlamaq üçün Bakıda mütləq qələbə qazanmalı idi.

 

Ancaq Mödlinq təmsilçisinin “Kəpəz” üçün “Daçiya” olmadığı əvvəldən məlum idi.

 

Gözlənildiyi kimi, Gəncə klubu “Dalğa Arena”da lazım olan nəticəni əldə edə bilməyib. Şahin Diniyevin komandası ilk matçda olduğu kimi, yenə məğlubiyyətdən qaça bilməyib. Bu dəfə 2 top fərqli məğlubiyyət qeydə alınıb.

 

Avrokubokun cari mövsümündə keçirdiyi əvvəlki 3 oyunda cəmi 1 qol vuran “Kəpəz” bu görüşdə də qol üzünə həsrət qalıb.

 

Beləliklə, "Kəpəz" Avroliqada mübarizəni dayandıraraq, turnirlə vidalaşıb.

 

 

Avropa Liqası

II təsnifat mərhələsi

Cavab oyunu

20 iyul

 

“Kəpəz” (Azərbaycan) – “Admira” (Avstriya) - 0:2
Kristof Knasmüllner, 17;  Patrik Şmidt, 76

Baş hakim: Vitali Meşkov

Baş hakimin köməkçiləri: Valeri Dançenko, Maksim Qavrilin

Dördüncü hakim: Mixail Vilkov (hamısı Rusiya)

Bakı. “Dalğa Arena”

"Kəpəz": 88. Tadas Simaitis, 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev, 10. Dario Federiko, 13. Şəhriyar Rəhimov, 17. Nicat Qurbanov, 18. Tural Axundov, 25. Şəhriyar Əliyev, 36. Renan Alveş, 77. Serjinyo, 90. Julien Ebah.

Ehtiyat oyunçular: 30. Davud Kərimi, 6. Ceyhun Cavadov, 9. Tural Qürbətov, 15. Azad Kərimov, 19. Orxan Əliyev, 21. Novruz Məmmədov, 80. Tural Rzayev.

Baş məşqçi: Şahin Diniyev.

 

"Admira": 28. Yorq Zibenhandl, 4. Ştefan Çvirşits, 5. Tomas Ebner, 6. Markus Lakner, 7. Maksimilian Saks, 8. 8. Kristof Knasmüllner, 10. Daniel Tot (k), 17. Dominik Starkl, 20. Markus Paviç, 21. Markus Vostri, 27. Eldis Bayrami.

Ehtiyat oyunçular: 29. Manuel Kuttin, 2. Fabio Ştrauss, 9. Toni Vastiç, 16. Patrik Şmidt, 25. Patrik Vesselı, 55. İlter Ayyıldız, 99. Florian Fişerauer.

Baş məşqçi: Oliver Lederer.

 

0