Topaz Premyer Liqasının qış hazırlığı dövründə “Kəpəz”in yoxlama oyunu keçirəcəyi daha iki komandanın adı məlum olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “sarı-göylər” ilk yoldaşlıq matçını yanvarın 13-də keçirəcək.
Yevlaxda əvəzedicilərlə birlikdə məşq edən komandanın rəqibi öz əvəzediciləri olacaq. Şahin Diniyevin yetirmələrinin əvəzedici heyətlə görüşü saat 16:00-da başlayacaq və Yevlaxdakı təlim-məşq bazasının stadionunda keçiriləcək.
“Kəpəz” Bakı toplanışı çərçivəsində isə “Ağsu” ilə qarşılaşacaq. Birinci divizion təmsilçisi ilə görüş yanvarın 26-da olacaq. Qarşılaşmanın keçirilmə yeri və saatı hələlik dəqiqləşməyib.
Qeyd edək ki, bundan öncə Gəncə klubunun yanvarın 23-də “Neftçi” ilə yoxlama matçında üz-üzə gələcəyi müəyyənləşmişdi.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi